“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri üçün növbəti master-klas keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 25 sentyabr
2025-ci il tarixində Medianın İnkişafı Agentliyi, Məhkəmə Hüquq
Şurası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə
jurnalistika fakültəsinin tələbələri üçün “Azərbaycan
Respublikasının Konstitusiyası insan haqlarının qorunmasının
etibarlı təminatçısıdır” mövzusunda master-klas təşkil olunub.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən məlumat
verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Medianın İnkişafı
Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev qeyd edib ki,
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Agentlik tərəfindən
gənclər arasında maarifləndirici təşəbbüslərə xüsusi önəm verilir.
O bildirib ki, tələbələr üçün keçirilən seminarlar, təlimlər və
müxtəlif layihələr Konstitusiyanın mahiyyəti, insan hüquqlarının
qorunması prinsipləri və konstitusion dəyərlərin ictimaiyyətə
çatdırılması istiqamətində vacib rol oynayır.




Daha sonra Agentliyin Müşahidə Şurasının üzvü, BDU-nun
Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış edərək bildirib
ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, eyni zamanda
dövlətçilik ideologiyasının, milli dəyərlərin və demokratik
cəmiyyət quruculuğunun əsasını təşkil edir. O qeyd edib ki,
“Konstitusiya və Suverenlik İli” çərçivəsində belə master-klasların
təşkili gənclərin hüquqi biliklərinin artırılmasına, konstitusion
dəyərlərin daha dərindən mənimsənilməsinə və onların vətəndaşlıq
məsuliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.

Daha sonra mühazirə ilə çıxış edən Bakı Apellyasiya Məhkəməsinin
hakimi Xəyalə Cəmilova isə öz çıxışında Konstitusiyanın qəbul
edilməsinin müasir Azərbaycan dövlətçiliyinin hüquqi təməlinin
formalaşmasında həlledici rol oynadığını diqqətə çatdırıb. O
bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan
olunması isə sözügedən dəyərlərin gənc nəsil arasında təbliği və
hüquqi maarifləndirmənin gücləndirilməsi baxımından xüsusi
əhəmiyyət daşıyır.

Sonda tələbələrin iştirakı ilə interaktiv müzakirə aparılıb,
insan hüquqlarının qorunması və jurnalist fəaliyyətində hüquqi
yanaşmalarla bağlı müxtəlif suallara cavab verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir