
Bakı.Trend:
Dövlət Dəniz və liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin
İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə
xəbərdarlıq edib
Trend xəbər verir ki, bu barədə qurumdan
məlumat verilib.
Bildirilib ki, xəbərdarlığa əsasən, sabah gündüz saatlarından
Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi
sentyabrın 27-si axşamadək davam edəcək:
“Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir
25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2.5-3.5 m, sonrakı inkişafda
4.0-6.0 m. çatacağı proqnozlaşdırılır”.
4.0-6.0 m. çatacağı proqnozlaşdırılır”.