Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək

Baş səhifə

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən oktyabrın 1-də Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında şəhər sakinlərinin qəbulu keçiriləcək.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 30 sentyabr tarixinədək Sumqayıt Şəhər Polis İdarəsinə, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir