
Bakı. Trend:
“Neftçi” “Beşiktaş”ın sabiq hücumçusu Vensan Abubakarı heyətində
qatmaq istəyir.
Trend xəbər
verir ki, “ağ-qaralar” 33 yaşlı forvarda iki gün əvvəl rəsmi təklif
göndərib. Bu barədə Kamerun mətbuatı məlumat yayıb.
“Neftçi”nin Abubakara 1 illik müqavilə və 500 min avro maaş
təklif etdiyi bildirilir. Bakı təmsilçisi kamerunlu futbolçunun
cavabını gözləyir.
Qeyd edək ki, Vensan Abubakarın son klubu “Hatayspor” olub.
Təcrübəli oyunçu bu ilin may ayında Türkiyə təmsilçisindən
ayrılıb.