İtaliya İsrail-Fələstin münaqişəsində iki dövlətli həlli dəstəkləyir

Baş səhifə

Bakı. Trend:

İtaliya İsrail-Fələstin münaqişəsində iki dövlətli həllin
tərəfdarıdır.

Trend xəbər
verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Nyu-Yorkda BMT
Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında deyib.

O bildirib ki, ölkəsi iki dövlətli həll haqqında Nyu-York
Bəyannaməsini imzalayıb. Bu, İtaliyanın Fələstin məsələsində tarixi
mövqeyidir, heç vaxt dəyişməyib.

“Müharibəyə son qoymaq üçün konkret həll yollarına ehtiyac var.
Çünki sülh təkcə çağırışlarla və ya sülh istəməyənlərin qəbul
etdiyi ideoloji çağırışlarla qurulmur. Sülh səbirlə, cəsarətlə,
ağlabatanlıqla qurulur”, – deyə Baş nazir qeyd edib.

Ciorcia Meloni əlavə edib ki, Fələstinin tanınmasının iki mühüm
ilkin şərti olmalıdır: bütün israilli girovların azad edilməsi və
HƏMAS-ın Fələstinin idarə olunmasındakı rolundan imtina
etməsi”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir