Milli Məclisin deputatları və əməkdaşları işğaldan azad edilmiş ərazilərə yürüş ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin bir qrup deputatı və Parlament Aparatının
əməkdaşları “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət
Suverenliyi Günü münasibətilə Azərbaycanın işğaldan azad edilmiş
ərazilərinə yürüş ediblər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.




Bildirilib ki, bu ərazilərə ilk dəfə təşkil olunan yürüşdə Milli
Məclisin komitə sədri Şahin İsmayılov, deputatlardan Şahin
Seyidzadə, Sabir Hacıyev, Milli Məclis Aparatının rəhbəri Fərid
Hacıyev və Aparatın bir qrup əməkdaşı iştirak edib. Yürüş Daşaltı
dərəsindən keçən eyniadlı çay boyunca həyata keçirilib.

Qeyd edilib ki, hazırda bu marşrutun keçdiyi ərazilərdə geniş
abadlıq işləri aparılır. Şübhəsiz ki, yaxın gələcəkdə azad
Qarabağın bu ərazisi də təbiətsevərlərin sevimli məkanlarından biri
olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir