
Bakı. Trend:
“Barselona” uzun müddətlik sıradan çıxan Qaviyə əvəzləyici
axtarır.
Trend xəbər
verir ki, İspaniya çempionunun əsas hədəfi “Mançester Yunayted”də
çıxış edən Kobbi Meynudur.
La Liqa nəhəngi ingiltərəli yarımmüdafiəçini 6 aylıq icarəyə
götürməyi planlaşdırır. “Barselona” 20 yaşlı futbolçu üçün təklif
göndərəcək.
Qeyd edək ki, Kobbi Meynu “Mançester Yunayted”in yetirməsidir.
İngiltərə millisinin üzvü bu mövsüm “qırmızı şeytanlar”ın heyətində
meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.