“Gender bərabərliyi və gender əsaslı ayrı-seçkilik” mövzusunda təlim keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin təşkilatçılığı ilə “Gender bərabərliyi və gender əsaslı
ayrı-seçkilik” mövzusunda təlim keçirilib.

Trend xəbər verir
ki, təlimin əsas məqsədi gender bərabərliyi mövzusunda media
əməkdaşlarının bilik və bacarıqlarının artırılması, eləcə də
cəmiyyətin bu sahədə maarifləndirilməsi işində medianın rolunun
gücləndirilməsidir.

Təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr
müavini Sədaqət Qəhrəmanova ölkəmizdə gender bərabərliyinin təmin
olunması istiqamətində görülən işlərdən, milli və beynəlxalq hüquqi
çərçivələrdən bəhs edərək, Dövlət Komitəsi tərəfindən bu sahədə
həyata keçirilən tədbir və layihələr barədə ətraflı məlumat
verib.

Medianın bu sahədə daşıdığı mühüm ictimai məsuliyyətə diqqət
yönəldən S. Qəhrəmanova vurğulayıb ki, media nümayəndələrinin
gender məsələlərinə yanaşma tərzi cəmiyyətdə formalaşan
təsəvvürlərə ciddi təsir göstərir. Bu baxımdan, jurnalistlərin
gender bərabərliyi və ayrı-seçkilik kimi mövzularda daha məlumatlı
olması və həssas yanaşma nümayiş etdirməsi mühüm əhəmiyyət
daşıyır.

Sonra təlimçi, gender eksperti Məryəm Məcidova iştirakçılara
gender bərabərliyinin əsas anlayışları, gender əsaslı zorakılıq,
Azərbaycanda gender əsaslı cins seçiminin səbəbləri və fəsadları
mövzularında geniş təqdimatlarla çıxış edib. O, həmçinin gender
bərabərliyinin təşviqində medianın rolu və genderə həssas
jurnalistikanın üstünlükləri barədə danışıb.

İnteraktiv müzakirələrlə davam edən təlimin sonunda
iştirakçılara sertifikatlar təqdim olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir