Yeniyetmələrin fiqurlu konkisürmə üzrə Qran-Prisinin ikinci günü başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri”
yarışının 2-ci günü başa çatıb.

Trend xəbər verir
ki, yarışın ikinci günündə kişilər arasında sərbəst proqram üzrə 21
ölkədən 22 idmançı çıxış edib.

Turnirin sərbəst proqram üzrə nəticələrinə əsasən Cənubi
Koreyalı idmançı Minkyu Seo 236.45 xalla ali kürsüdə 1-ci yerə,
Belçikalı fiqurlu konkisürən Denis Krouglov 213.47 xalla 2-ci yerə,
Birləşmiş Ştatlardan olan idmançı Caleb Farrington isə 210.66 xalla
3-cü yerə sahib olublar.




Təltifetmə mərasimində qaliblərə medalları Azərbaycan Qış İdman
Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və Azərbaycan Qış
İdman Növləri Federasiyasının Baş katibi Günel Bədəlova təqdim
edib.

Qeyd edək ki Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdman
Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq
Konkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilir. Turnirdə 38
ölkədən 92 idmançı iştirak edir.

Sentyabrın 26-da, yarışın sonuncu günündə qadınlar buz üstündə
sərbəst proqramla, cütlüklər isə sərbəst rəqs proqramı ilə çıxış
edəcəklər.