Bərdədə yol qəzasında kuryer xəsarət alıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bərdə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bərdədə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı TƏBİB-dən
Trend-in Qarabağ
bürosuna verilən məlumatda bildirilib ki, Bərdə rayonunda baş verən
yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2008-ci il təvəllüdlü (kişi
cinsli) şəxs 25.09.2025-ci il tarixində saat 19:20 radələrində
Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə
hospitalizasiya olunub.

Pasiyentə ilkin olaraq üst dodağın əzilmiş yarası, sağ said
nahiyəsinin sıyrılmış yarası, belin küt travması diaqnozları təyin
olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti
orta ağırdır.

XXX

23:09




Bərdə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ
bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan
“Mercedes” markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü müxtəlif dərəcəli
xəsarətlər alıb və Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib. Məlum
olub ki, zərərçəkən şəxs şəhər ərazisində kuryer kimi fəaliyyət
göstərirmiş.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir