
“Rusiya prezidenti Vladimir Putin səbəbsiz yerə insanları öldürür. Bu arada, Rusiya iqtisadiyyatı da Cəhənnəmə sürüklənir”.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Onlar hər şeyi riskə atıblar. İqtisadiyyatları Cəhənnəmə sürüklənir. Hər yeri bombardman edir və çox az ərazini ələ keçirirlər. Əslində, ərazilərinin bir hissəsini itirirlər. Bu müharibə bitməlidir. Əgər bu bizim müharibəmiz olsaydı, biz bunu bir həftəyə bitirərdik”, – Tramp deyib.