Tramp: Rusiya iqtisadiyyatı cəhənnəmə yuvarlanır

Baş səhifə

“Rusiya prezidenti Vladimir Putin səbəbsiz yerə insanları öldürür. Bu arada, Rusiya iqtisadiyyatı da cəhənnəmə yuvarlanır”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Onlar hər şeyi riskə atıblar. İqtisadiyyatları cəhənnəmə yuvarlanır. Hər yeri bombardman edir və çox az ərazini ələ keçirirlər. Əslində, ərazilərinin bir hissəsini itirirlər. Bu müharibə bitməlidir. Əgər bu bizim müharibəmiz olsaydı, biz bunu bir həftəyə bitirərdik”, – Tramp deyib.