
ABŞ prezidenti Donald Tramp cümə günü Qəzza zolağında sülh sazişinin yaxın olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu haqda Ağ Evdə jurnalistlərə müsahibəsi zamanı danışıb.
“Biz bu gün Netanyahu ilə danışdıq və Yaxın Şərqin bütün liderləri ilə danışdıq. Onlar gözəl insanlardır və Qəzza razılaşmasına və hətta sülhə olduqca yaxınıq”, – Tramp deyib.
Qeyd edək ki, “Axios” Trampın ərəb və müsəlman liderlərə Qəzza zolağında münaqişəyə son qoymaq üçün 21 bəndlik plan təqdim etdiyini yazıb.