ABŞ Serbiyanın “NIS” şirkətinə qarşı sanksiyaları oktyabrın 1-dən tətbiq edəcək

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 1-dən Serbiyanın ən böyük enerji şirkəti olan “NIS”
ABŞ-nin sanksiyalarına məruz qalacaq.

Trend xəbər verir
ki, bu barədə məlumatı Serbiya Prezidenti Aleksandr Vuçiç
Nyu-Yorkda jurnalistlərə açıqlayıb.




Prezident qeyd edib ki, bu addım Serbiya iqtisadiyyatı və enerji
sektoru üçün ciddi çətinliklər yaradacaq. Vuçiç bildirib: “Xəbəri
xoş adlandıra bilmərəm, amma gözlənilən idi. Amerikalılar
sanksiyaların tətbiqini cəmi dörd gün gecikdirdilər. Sentyabrın
27-dən oktyabrın 1-nə qədər. Oktyabrın 1-dən etibarən NIS-ə qarşı
sanksiyalar qüvvəyə minəcək.”

O, həmçinin vurğulayıb ki, Belqrad ABŞ, Qərb və Rusiya
arasındakı qarşıdurmada ziyan görəcək, çünki şirkətin əsas səhmdarı
Rusiyadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir