
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp “TikTok”un ölkə biznesinin nəzarəti
altına keçməsini nəzərdə tutan sazişi təsdiqləyən fərman
imzalayıb.
Trend xəbər verir
ki, bunu Tramp Ağ Evin Oval kabinetində sənədi imzaladıqdan sonra
bildirib.
Bundan sonra sosial şəbəkə amerikalı investorlar və ABŞ
şirkətləri tərəfindən idarə olunacaq.
Bu qərarla “TikTok”un ABŞ-da fəaliyyətini davam etdirməsinə
rəsmi şəkildə icazə verilib.