
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda qətl törətməkdə
təqsirləndirilən şəxslərə qarşı ölüm cəzasının tətbiqini nəzərdə
tutan fərmanı imzalayıb.
Trend xəbər verir
ki, Ağ Evdə jurnalistlərlə görüşdə Tramp ölüm hökmünün Vaşinqtonun
paytaxt statusuna uyğun olduğunu bildirib.
“Vaşinqtonda insanları öldürənləri ölüm cəzası gözləyir”, – deyə
Tramp vurğulayıb.
Prezident əlavə edib ki, fərman dərhal qüvvəyə minir.

