Tramp yük avtomobillərinin idxalına 25% rüsum tətbiq edib

Baş səhifə

ABŞ prezidenti Donald Tramp oktyabrın 1-dən etibarən yük maşınlarının idxalına 25% rüsum tətbiq edəcəyini açıqlayıb.

APA xəbər verir ki, bu haqda o öz “Truth” hesabında məlumat verib.

“Bizim böyük ağır yük maşını istehsalçılarımızı ədalətsiz xarici rəqabətdən qorumaq üçün mən 2025-ci il oktyabrın 1-dən etibarən dünyanın digər yerlərində istehsal olunan bütün ağır (böyük) yük avtomobillərinə 25% rüsum tətbiq edəcəyəm”, – o yazıb.