
Bakı. Trend:
“Amazon” ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə rekord
məbləğdə razılaşmaya gəlib.
Trend xəbər verir
ki, şirkət hökumətə 1 milyard dollar cərimə ödəyəcək, zərərçəkmiş
istehlakçılara isə 1,5 milyard dollar kompensasiya veriləcək.
FTC 2019-cu ildən etibarən “Amazon”a qarşı iddia qaldırmışdı.
Tənzimləyici qurum şirkəti istifadəçilərin razılığı olmadan onları
illik 139 dollara başa gələn “Amazon Prime” abunəliyinə qoşmaqda
ittiham edib.
Beləliklə, “Amazon”un ümumilikdə ödəyəcəyi məbləğ 2,5 milyard
dollar təşkil edəcək.