ABŞ oktyabrdan əczaçılıq məhsullarına 100% tarif tətbiq edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp oktyabrın 1-dən bütün markalı və
patentləşdirilmiş əczaçılıq məhsullarına 100% tarif tətbiq
olunacağını açıqlayıb.

Trend xəbər verir
ki, məlumatı Tramp “Truth Social” platformasında paylaşıb.




Prezident bildirib ki, ABŞ-də artıq fabriklərinin tikintisinə
başlayan istehsalçılar üçün istisnalar nəzərdə tutulacaq.

Bu addım Vaşinqton tərəfindən yerli istehsalın təşviqi və
əczaçılıq sənayesində müstəqilliyin artırılması məqsədilə
atılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir