
Bakı. Trend:
Masallıda avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada
dünyasını dəyişib.
Trend-in
məlumatına görə, hadisə sentyabrın 28-də saat 19 radələrində qeydə
alınıb.
Belə ki, şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyal Əzizov idarə
etdiyi “VAZ-2107” markalı avtomobillə piyada 1992-ci il təvəllüdlü
Əhmədov Famil Faiq oğlunu vurub.
Nəticədə sonuncu aldığı xəsarətlərdən sentyabrın 25-də
xəstəxanada ölüb.
Faktla bağlı Masallı RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 263.2-ci
maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

