
Bağlar Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bəzi ərazilərdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Metbuat.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib k, sentyabrın 26-da 110/35/6 kV-luq 136 saylı yarımstansiyanın 6 kV-luq bölmələrində təmir işləri aparılacaq. Bununla bağlı saat 09:00-dan 13:00-dək Fatmayı və Goradil bağlarında, həmçinin kəndlərin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

