
Bakı. Trend:
Uzbekistan GTL Özbəkistanda yeni layihələr həyata keçirməyi
planlaşdırır.
Bunu Trend-ə
“Uzbekistan GTL” zavodunun satış şöbəsinin mütəxəssisi Bəxtiyar
Aybergenov bildirib.
“Planlaşdırdığımız yeni perspektivli layihələr arasında sintetik
xətti alkilbenzol, həmçinin sintetik baza yağlarının istehsalı var.
Bundan əlavə, biz həmişə əməkdaşlığın yeni formalarına açığıq və
təzə ideyalara hazırıq. Layihənin miqyasına və əhəmiyyətinə
baxmayaraq, “Uzbekistan GTL” zavodu nisbətən gənc müəssisədir və
məhz buna görə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində xüsusi
maraqlıyıq”, – deyə o vurğulayıb.
Aybergenov qeyd edib ki, “Uzbekistan GTL” layihəsinin ümumi
investisiya dəyəri 3,4 milyard ABŞ dolları təşkil edib, bunun 2,3
milyardı xarici investisiyalar hesabına, 1,1 milyardı isə
“Uzbekneftqaz” səhmdar cəmiyyətinin vəsaitləri hesabına təmin
olunub.