
Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata
keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda
narkotik vasitə – metadon aşkar edilərək qanunsuz dövriyyədən
çıxarılıb.
Trend
xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsi məlumat yayıb.
Bildirilib ki, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda
Sankt Peterburq – Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası
vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi
təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə –
metadon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.