Orqan transplantasiyası üçün gözləyənlərin 25%-i uşaqlardır – RƏSMİ

Baş səhifə

Bakı. Trend:

Hazırda orqan transplantasiyası üçün gözləyənlərin 25%-ni
uşaqlar təşkil edir.

Bunu Trend
özəl açıqlamasında Səhiyyə Nazirliyi Orqan Donorluğu və
Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin
sədri Yeganə Abbasova deyib.

O qeyd edib ki, hazırda orqan nəqli üçün gözləyən insanların
sayı 1000 nəfəri keçib.




“Öz ölümündən sonra orqanlarını bağışlamaq istəyən 600 nəfər
Azərbaycan vətəndaşı bizim reyestrimizdən qeydiyyatdan keçib. Bu o
deməkdir ki, insanlar artıq ölümündən sonra orqan bağışlamaq
istəyinin necə şəfa verici bir şey olduğunu anlayırlar.

Düşünürlər ki, biz həyatımızı dəyişəndən sonra 8 insana həyat
vermək böyük bir şərəfdir. Hazırda nəqli üçün gözləyənlərin 25 %-i
uşaqlardır”- deyə Y.Abbasova əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir