
Bakı. Trend:
Məqsədimiz təmiz hidrogeni Azərbaycanın iqtisadiyyatına tam
şəkildə inteqrasiya etmək, həm də yaşıl iqtisadiyyatın inkişafına
və ixrac layihələrindən faydalanmağa nail olmaqdır.
Trend xəbər
verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji
Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova
Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi
Asiya” adlı tədbirdə bildirib.
O vurğulayıb ki, növbəti mərhələdə sənaye üçün mexanizmin
hazırlanması vacibdir: “Yəni şirkətlər başa düşməlidirlər ki, bu
hidrogendən necə istifadə edə bilərlər. Burada söhbət təmiz
hidrogendən gedir, çünki emissiya intensivliyi xüsusi əhəmiyyət
daşıyır”.
“Bu məqsədlə artıq İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə işçi
qrup yaradılıb. Biz həm ixrac imkanlarını, həm də ixrac
layihələrinə təsirini öyrənməyə çalışırıq. Əsas məqsədimiz
Azərbaycanda yaşıl iqtisadiyyatı real etmək və bundan qazanc
götürməkdir”, – deyə R. Hümbətova qeyd edib.

