Gürcüstan və Azərbaycan “yaşıl” hidrogenin tədarükü və tranziti üzrə ideya və mexanizmlər hazırlayırlar

Baş səhifə

Bakı. Trend:

Gürcüstan və Azərbaycan “yaşıl” hidrogenin tədarükü və tranziti
üzrə ideya və mexanizmlər hazırlayırlar.

Trend xəbər verir
ki, bunu cümə günü Bakıda keçirilən “Azərbaycan və Mərkəzi Asiyanın
Yaşıl Energetika Həftəsi” çərçivəsində çıxış edən Gürcüstan
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Enerji səmərəliliyi və
bərpa olunan enerji mənbələri departamentinin rəhbər müavini Omar
Sereteli bildirib.

“Gürcüstanın qonşu ölkələrlə əməkdaşlığı “yaşıl energetika
dəhlizi” layihələri çərçivəsində yaşıl hidrogenin Avropaya
tədarükü, tranziti və ixracına dair ideyaların işlənib
hazırlanmasına yönəlib”, – deyə o qeyd edib.




Onun sözlərinə görə, bəzi layihələr obyektiv səbəblərdən
müvəqqəti olaraq təxirə salınsa da, bu istiqamətdə iş davam
etdirilir.

“Azərbaycanla birgə bizdə “Yaşıl enerji dəhlizi” adlı təşəbbüs
var. Onun çərçivəsində biz “yaşıl” hidrogenin həm boru kəmərləri,
həm də dəniz yolu ilə Rumıniyaya və oradan Avropaya tədarükü və
tranziti üzrə ideya və mexanizmlər hazırlayırıq. Artıq bir sıra
mümkün marşrutlar müəyyən etmişik və onların bir hissəsi kifayət
qədər real görünür”, – deyə Sereteli vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir