“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Kibertəhlükəsizlik Mərkəzinin, “Women in Cybersecurity
Azerbaijan” və “Texio Academy”nin birgə təşkilatçılığı, eləcə də
“PAŞA Holding”in iştiraki ilə baş tutan “Kibertəhlükəsizlikdə
qadınlar: Karyera və təhsil” tədbiri gənc xanımlar üçün ilhamverici
platformaya çevrilib.

Tədbirdə 100-ə yaxın iştirakçı – bu sahədə inkişaf etmək istəyən
tələbələr, gənc mütəxəssislər və bu sahədə təmsil olunan qadın
peşəkarlar bir araya gəlib.

Panel sessiyalarında uğur hekayələri, təqaüd imkanları,
könüllülük proqramları və sahədəki çağırışlar geniş müzakirə
olunub.




Qeyd edək ki, “PAŞA Holding”i şirkətin informasiya
təhlükəsizliyi üzrə meneceri Sona Talıbova təmsil edib.

Qeyd edək ki, “PAŞA Holding” Azərbaycanda kibertəhlükəsizlik
cəmiyyətinin böyüməsi və inkişafının dəstəklənməsinə sadiq qalır.
Bu cür təşəbbüslər qadınların kibertəhlükəsizlik sahəsində daha
inamla irəliləməsinə və öz yolunu tapmasına ilham verir.