“Reuters”: Rusiya Moldovada seçkilərə təsir etmək üçün pravoslav keşişlərdən istifadə edib

Baş səhifə

Rusiya Moldovada keşişləri öz maraqları üçün təbliğatda iştiraka cəlb edib.

APA xəbər verir ki, bu barədə “Reuters”in dərc etdiyi geniş araşdırma yazısında deyilir.

Araşdırmada bildirilir ki, pravoslav keşişləri Moldovadan Rusiyaya dəvət edilərək pul mükafatı müqabilində Moskvanın maraqları naminə sistemli təbliğat kampaniyasına cəlb olunub.

Məlumata görə, Moldovadan olan pravoslav keşişlərdən səxavətli maliyyə mükafatı müqabilində “Telegram” kanalları yaradaraq Rusiyanın və Moldovadakı rusiyapərəst qüvvələrin maraqlarına uyğun təbliğat aparmaları istənilib.

“Reuters”in araşdırmasına əsasən, son bir ildə keşişlər tərəfindən Moldovada təxminən 90 “Telegram” kanalı yaradılıb və onlar özlərini yerli dini icmaların informasiya mənbəyi kimi təqdim edib. Kanallarda demək olar gündəlik olaraq oxşar, antiqərb məzmunu paylaşılır və minlərlə izləyicisi var.

Seçkilər yaxınlaşdıqca bu kanalların fəallığı üç dəfə artıb.

Ən çox yayılan mesajlar arasında Moldovanın ənənəvi dəyərlərinin təhlükədə olduğu, Avropa İttifaqının moldovaları LGBT-ni qəbul etməyə məcbur edəcəyi və bunun mənəvi tənəzzülə və dini azadlıqların məhvinə gətirib çıxaracağı barədə təbliğat yer alır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir