Yayda 100-ə yaxın şəxs bu şikayətlə təcili yardıma üz tutub –

Baş səhifə

2025-ci ilin yay mövsümü ölkə üzrə temperaturun yüksək olması fonunda günvurma ilə bağlı müraciətlərin sayı artıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, bu dövrdə ümumilikdə 100-ə yaxın şəxs günvurma şikayəti ilə müraciət edib. Ən çox müraciətlər paytaxt Bakı şəhəri üzrə qeydə alınsa da, bölgələrdən də müxtəlif çağırışlar daxil olmuşdur.Onlardan 76-sı Bakı şəhəri üzrə olub. Müraciət edənlərdən 76 nəfərdən 36-sı aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub. 35 nəfərə yerində tibbi yardım göstərilib, 5 nəfər isə hospitalizasiyadan imtina edib.

Bölgələr üzrə – Sumqayıt, Şirvan, Salyan, Siyəzən, Astara, Zaqatala, Qəbələ, Quba, Qax, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və digər rayonlardan ümumilikdə 23 nəfərin çağırışı qeydə alınıb. Onlardan 13 nəfərə yerində tibbi yardım göstərilib, 10 nəfər isə xəstəxanalara yerləşdirilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir