
Bakı. Trend:
Son 15 il ərzində 250-dən çox Britaniya şirkəti Azərbaycanda bp
ilə müqavilələr bağlayıb və bu 8,5 milyard funt sterlinqdən artıq
gəlir gətirib.
Trend xəbər verir
ki, bunu ADA Universitetində keçirilən Birinci Azərbaycan-Britaniya
siyasi dialoqu çərçivəsində çıxış edən bp-nin dövlət orqanları ilə
əlaqələr üzrə baş direktoru Endryu Menner bildirib.
“Neft və qaza olan tələbat yüksək olaraq qalır və ölkələr
getdikcə müxtəlif enerji mənbələri axtarır. Bu isə Azərbaycanın
Avropaya və onun hüdudlarından kənara qaz tədarükünü genişləndirmək
imkanlarını açır”, -deyə o qeyd edib.
Eyni zamanda, Menner bildirib ki, ekoloji komponent enerji
gündəliyinin ən vacib hissəsinə çevrilir: “Tərəfdaşlarımızla
birlikdə və Azərbaycanın hökumətinin dəstəyi ilə bütün
layihələrimizdə emissiyaların azaldılmasına sadiq qalırıq. Ekoloji
məsuliyyət hər bir təşəbbüsün həyata keçirilməsinin hər
mərhələsində prioritet kimi qəbul olunur”, – deyə bp nümayəndəsi
vurğulayıb.