
Xankəndi. Trend:
Xankəndi şəhərində yanğın olub.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi Xankəndi şəhər
ərazisində yaşayış olmayan evdə baş verib.
Hadisə yerinə FHN-nin Xankəndi şəhər yanğınsöndürən bölməsinin
əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən
söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.

