
Bakı. Trend:
Kiçik və orta biznesin rəqəmsal kanallar vasitəsilə
dəstəklənməsi məqsədilə, Bakıdakı azad iqtisadi zonaları Londonun
White City Campus kimi akseleratorları ilə birləşdirən ikitərəfli
bir koridorun yaradılması məqsədəuyğun olardı.
Trend xəbər verir
ki, bunu “Globe Legistaror” baş direktoru və “Baku Climate Action
Week” kuratoru Malini Mehra ADA Universitetində keçirilən Birinci
Azərbaycan-Britaniya siyasi dialoqu çərçivəsində çıxışında
deyib.
“Bu akseleratorlar hər iki tərəfdən şirkətlərin ikitərəfli
biznes qurmaq və inkişaf etdirməkdə effektiv dəstək vasitəsidir.
Məsələn, ilkin mərhələdə 2027-ci ilə qədər 25 Britaniya şirkətinin
Azərbaycan bazarına çıxışını, eləcə də 25 Azərbaycan şirkətinin
Böyük Britaniyaya çıxışını dəstəkləmək mümkündür”, -deyə o qeyd
edib.
Onun sözlərinə görə, bu həmçinin şirkətləri digər ölkədə biznes
qurmaq imkanları və çətinlikləri barədə məlumatlandırmağa imkan
verir. Dövlət stimulları şirkətləri ilkin mərhələlərdə hüquqi
dəstək, biznesin açılması, bank hesablarının açılması və digər
vacib məsələlər üzrə məsləhətlərlə təmin edə bilər.
“Başqa bir təşəbbüs isə mədəni və kreativ diplomatiya forumunun
yaradılmasıdır. Bu forum növbəli şəkildə Londonda keçiriləcək və
iki ölkənin kreativ sənaye sahələri arasında fikir mübadiləsi üçün
platforma rolunu oynayacaq”,- deyə o əlavə edib.