Çilili parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Çili Respublikası Milli Konqresi
Senatının İnsan hüquqları daimi komitəsinin sədri, Çili-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Çauhan və
Senatın iqtisadiyyat daimi komitəsinin sədri Roxo Edvards
sentyabrın 26-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli
Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu
Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül
dəstələri düzüblər.

Trend
xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsi məlumat yayıb.




Bildirilib ki, nümayəndə heyəti, sonra Şəhidlər xiyabanını
ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda
mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının
xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb,
“Əbədi məşəl” abidəsini ziyarət edib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı,
Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Azər Badamov və digər rəsmi şəxslər müşayiət ediblər.