Xankəndidə Dəmir Yolu və Avtovağzal Kompleksi bu tarixdə istifadəyə veriləcək

Baş səhifə

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb.

Metbuat.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müavini Arif Ağayev Gəncə–Mingəçevir -Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə deyib.

Bildirib ki, Əsgəran və Xocalı stansiyalarının konsept layihələri hazırlanır:

“Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. 2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır. Qarabağla yanaşı, Şərqi – Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir. Horadiz – Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84 %-i, tikinti-quraşdırma işlərinin isə 67 %-i yekunlaşıb”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir