Mahir Süleymanlı Şabranda şəhidlərin məzarlarını ziyarət edib

Baş səhifə

Sentyabrın 26-da Milli Məclisin deputatı Mahir Süleymanlı Xaçmaz rayonunun Aşağı Zeyid kəndində seçicilərlə növbəti görüş keçirib. Görüş zamanı sakinlərin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, mövcud məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Deputat eyni zamanda Şabran rayonunda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla yad edərək məzarları önünə gül dəstələri qoyubdur. Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsi qarşısında dərin hörmət və minnətdarlıq ifadə olunub.