
Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İğdır
Azərbaycan Evinin üzvləri Xankəndi şəhərinə və Xocalı rayonuna
səfər ediblər.
Trend xəbər
verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,
Tikinti İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən
verilən xəbərə görə, Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı
rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov,
qonaqlara şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq
işləri barədə ətraflı məlumat verib və bildirib ki, qısa müddətdə
şəhərin siması dəyişərək, Azərbaycanın ən müasir və abad
şəhərlərindən birinə çevriləcək. Səfər çərçivəsində nümayəndə
heyəti Xocalı şəhərində də olub, burada da həyata keçirilən
yenidənqurma və bərpa prosesləri ilə yaxından maraqlanıblar.
Qonaqlar Qarabağ Universitetinə də baş çəkərək, tələbələr üçün
yaradılmış müasir şəraitlə tanış olublar.
Qeyd edək ki, səfərdə Türkiyənin Şərqi Anadolu bölgəsində
fəaliyyət göstərən bir neçə universitetin rektoru, İğdır Azərbaycan
Evinin rəhbəri Ziya Zakir Açarın iştirak edib.