Magistratura pilləsinə maraq azalmayıb – DİM sədri

Baş səhifə

Bakı. Trend:

Magistratura sahəsində marağın azaldığı müşahidə olunmur.

Trend xəbər
verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin
sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi tərəfindən orta
məktəb şagirdlərinin gələcək peşə istiqamətlərinin
müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşə
seçimi” alətinin təqdimat mərasimində jurnalistlərin suallarını
cavablandırarkən deyib.

Onun sözlərinə görə, sadəcə bəzi ixtisaslarda müsabiqə vəziyyəti
yüksəkdir, bəzi ixtisaslarda isə nisbətən aşağıdır.




Qeyd edib ki, bakalavriat səviyyəsində olduğu kimi
magistraturada da adambaşı maliyyələşdirmə həyata keçirilir. Dövlət
hər bir proqram üzrə neçə nəfərin dövlət hesabına oxuya biləcəyini
müəyyənləşdirir:

“Müsabiqədən sonra bəzi ixtisaslarda, məsələn, kənd təsərrüfatı
sahəsində boş yerlər qalır, bəzi ixtisaslarda isə bütün yerlər
dolur. Ödənişli təhsil alanların sayı da kifayət qədərdir. Bu
maliyyə vəsaiti təhsilin inkişafı üçün ayrılır və məqsəd qənaət
etmək deyil, insanların təhsil almasını təmin etməkdir”.

Xatırladaq ki, bu il 804 nəfər ödənişli təhsildən ödənişsiz
təhsilə keçib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir