İçərişəhər rəqəmsallaşır: Yelo Bank yeni təşəbbüsə qoşuldu (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı yalnız müasir binaları ilə deyil, həm də əsrlərin izini
daşıyan İçərişəhəri ilə öz ruhunu yaşadır. Bu unikal mədəniyyət
məkanını qorumaq və gələcək nəsillərə daha müasir formada təqdim
etmək məqsədilə Yelo Bank yeni təşəbbüsə imza atıb.

Yelo Bank və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
arasında bağlanan memorandum milli mədəni irsin təbliği, turizm
imkanlarının artırılması və İdarənin rəqəmsal transformasiyasını
hədəfləyir. Sənəd Qoruq İdarəsinin İdarə Heyətinin sədri Rüfət
Mahmud və Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov tərəfindən
imzalanıb.

Əməkdaşlıq çərçivəsində qoruqların idarə olunmasında rəqəmsal
informasiya-kommunikasiya sisteminin yaradılması, elmi-texniki
nailiyyətlərin tətbiqi, beynəlxalq təcrübənin nəzərə alınması,
əhali ilə açıq kommunikasiya və ictimai informasiyanın mobil tətbiq
vasitəsilə yenilənməsi nəzərdə tutur. Həmçinin bu sahədə qarşılıqlı
əməkdaşlıq və birgə layihələrin icrası da əsas hədəflərdən
biridir.




Beləliklə, həm yerli sakinlər, həm də xarici qonaqlar qədim
Bakının ruhunu daha rahat kəşf edəcək, milli irsimiz isə müasir
texnologiyalar vasitəsilə daha geniş auditoriyaya tanıdılacaq.

Bank xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyirsiniz? O
zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir