Əhalidən istifadə etmədiyi suya görə pul yığıldı

Baş səhifə

Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi əhalidən istifadə etmədiyi suya görə pul yığıb.

Metbuat.az xəbər verir ki, bu qənaətə Hesablama Palatası Agentlikdə apardığı auditdən sonra gəlib.

Məlumata görə, audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğu fəaliyyət göstərməsə də, bəzi ərazilərdə abonentlərin balans mənsubiyyətində su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması halı da müəyyən edilib.

Audit qrupu suvarma suyunun mənbələrində verilən suyun həcminin ölçülməsi üçün hesablama həyata keçirib. Alınan nəticələrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatı ilə müqayisə edildikdə 2023-cü ildə suvarma suyu üzrə itki tələb olunan suya nisbətdə 1,7 dəfə çox, 2024-cü ildə 1,4 dəfə çox olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir