
Bakı. Trend:
Azərbaycan və İsveçrə mərkəzi bankları risklərin idarə edilməsi
üzrə təcrübələri müzakirə ediblər.
Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyətinin
İsveçrə Milli Bankına (İMB) işgüzar səfəri baş tutub.
Səfər çərçivəsində AMB nümayəndə heyəti İMB tərəfindən risklərin
idarə olunması mövzusunda təşkil olunmuş tədbirdə iştirak edib.
Mərkəzi Asiya ölkələrinin mərkəzi banklarının nümayəndələrinin də
iştirak etdiyi bu tədbirdə risklərin idarə olunması üzrə qabaqcıl
beynəlxalq təcrübələrin öyrənilməsi, eləcə də maliyyə institutları
arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə
olunub.
Tədbirdə AMB-nin Risklərin idarə edilməsi departamentinin
direktoru Məhəmməd Məhərrəmli təqdimatla çıxış edərək risklərin
idarə edilməsi üzrə AMB-nin təcrübəsindən və bu sahədə müasir
çağırışlardan bəhs edib.

