
Bakı. Trend:
Lənkəran rayon sakini olan ahıl yaşlı bir nəfər təqaüd
kartındakı pulun oğurlandığı barədə polisə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata
görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin
zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək
istədiyi 23 yaşlı Kənan Əlizadə tərəfindən oğurlandığı məlum
olub.
Araşdırmalarla K.Əlizadənin kartdakı pulu nağdlaşdırmaq və
terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən ümumilikdə 4
nəfərin kartındakı 1977 manat vəsaiti taladığı müəyyən edilib.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanılıb,
araşdırmalar aparılır. K.Əlizadənin qanunsuz əməllərindən
zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına
məlumat verə bilərlər.