
Bakı. Trend:
58 proqram iştirakçısı 3 ay müddətində peşəkar mentor dəstəyi
almış, müxtəlif təlim sessiyalarında iştirak edərək bilik və
bacarıqlarını artırmışdır.
Bu il proqramımızda yeni bir təşəbbüs həyata keçirildi belə ki
ötən ilin təcrübə proqramı iştirakçıları “buddy” kimi fəaliyyət
göstərərək yeni iştirakçılara 3 ay boyunca dəstək oldular. Bu həm
də proqramımızın əməkdaşlıq və birgə inkişaf dəyərinin güclü
nümunəsidir.
Bağlanış mərasimində istedadların cəlb olunması və işə qəbul
şöbəsinin rəhbəri Fidan Hüseynova proqram barədə ətraflı məlumat
təqdim etdi. Daha sonra İdarə Heyətinin sədrinin müavini/İdarə
Heyətinin üzvü Bəhruz Nağıyev və İnsan Resursları üzrə baş direktor
Zibeyda Hacıyeva çıxış edərək proqramın uğuru və davamlılığı barədə
öz dəyərli fikirlərini təcrübəçilərlə paylaşdılar.
Tədbirin sonunda sertifikatlar təqdim olundu.
Qürurla bildiririk ki, proqramı uğurla başa vuran 21
iştirakçımız artıq “PAŞA Bank” ailəsinin üzvüdür.”