IFC enerji sektorundakı portfelinin artan həcmini açıqladı

Baş səhifə

Bakı. Trend:

2025-ci il iyunun 30-na olan vəziyyətə görə, Beynəlxalq Maliyyə
Korporasiyasının (IFC) energetika sahəsində ümumi portfeli 6,7
milyard dollara çatıb.

Trend xəbər verir
ki, bunu IFC-nin Avropa-Cənubi Qafqaz üzrə infrastruktur sahəsində
investisiya meneceri Vyaçeslav Qordiyenko “Azərbaycan-Mərkəzi
Asiyanın Yaşıl Enerji Həftəsi” tədbirində bildirib.

“Strategiyamızın mərkəzində “yaşıl enerji”nin inkişafı və iş
yerlərinin yaradılması dayanır ki, bu da birbaşa olaraq Azərbaycan
və daha geniş regionla bağlıdır”,- deyə o bildirib.




Onun sözlərinə görə, IFC bunu problem kimi deyil, imkan kimi
görür, erkən mərhələdə prosesə qoşulmaq və layihələri elə
formalaşdırmaq lazımdır ki, onlar bank sektoruna uyğun olsun və
gələcəkdə IFC-dən maliyyələşmə əldə edə bilsinlər.

“Biz iki formatda işləyirik: əməkdaşlıq, hansı ki, daha yetkin
layihələrdə yüngül dəstək lazım olur, məsələn, layihə sənədlərinin
və ya maliyyə modellərinin təhlili. Adətən belə razılaşmalar 1
milyon dollara qədər olur, daha çox 100–500 min dollar aralığında.
Yaxınlarda Gürcüstanda günəş və külək layihəsi üzrə bir inkişaf
etdiriciyə hökumətlə danışıqlarda və CFD modelinin təhlilində kömək
etdik. Belə layihələr yarım ildən bir ilə qədər davam edir. İkinci
format birgə işlənmədir: daha mürəkkəb və innovativ layihələrdə IFC
erkən mərhələdə həmmüvəqqəti investor qismində çıxış edir. Burada
məbləğlər 8 milyon dollara çata, müddət isə 1–2 il və daha çox ola
bilər. Adətən bu, pilot layihələr və ya “yaşıl sahə”də olan
layihələr olur, məsələn, Polşada hidrogen və ya Ukraynada enerji
saxlama obyektləri sahəsində”, – deyə o izah edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir