Azərbaycan Dövlət Statistika Komitəsi ilə Tacikistan Statistika Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 26-da Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq
layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunun
iştirakçıları ilə görüş keçirilib.

Trend xəbər
verir ki, görüş çərçivəsində Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi ilə Tacikistan Respublikasının Prezidenti
yanında Statistika Agentliyi arasında “Statistika sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumu
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Tacikistan
Respublikasının Prezidenti yanında Statistika Agentliyinin
direktoru Camşed Nurmaxmadzoda imzalayıblar.




Memorandumdan irəli gələn vəzifələrin icra olunmasının səmərəli
nəticələr verəcəyinə – statistika sahəsində əməkdaşlığın təşviq və
inkişaf etdirilməsi, beynəlxalq səviyyədə müqayisə edilə bilən və
hər iki ölkənin sosial-iqtisadi vəziyyətini əks etdirən statistik
məlumatlar mübadiləsinin genişləndirilməsi və iki ölkənin
statistika qurumları arasında qarşılıqlı əlaqələrin
möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir