Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsi rekord səviyyəyə çatıb – Samir Şərifov

Baş səhifə

Bakı. Trend:

Keçən il Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsi 1,2
milyard ABŞ dolları ilə rekord səviyyəyə çatıb.

Trend xəbər
verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Samir
Şərifov bu gün keçirilən qəbulda bildirib.

“Cari ilin ilk aylarında ticarət həcmi artıq 700 milyon ABŞ
dollarını keçib. Bu göstəricilər Çexiyanı Azərbaycanın dördüncü ən
böyük ixrac tərəfdaşı və ümumi ticarət dövriyyəsi üzrə səkkizinci
ən böyük tərəfdaşı edir,” – deyə o vurğulayıb.




Humanitar əməkdaşlığın da əhəmiyyətini qeyd edən nazir müavini
bildirib ki, ötən il Praqada Azərbaycan Evi açılıb. Onun sözlərinə
görə, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin inkişafı
xalqların bir-biri ilə təmaslarını gücləndirir.

“Biz əminik ki, birgə səylərimiz nəticəsində Azərbaycan və
Çexiya arasında dostluq və strateji tərəfdaşlıq gələcəkdə də
xalqlarımızın xeyrinə genişlənəcək,” – Samir Şərifov əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir