
Bakı. Trend:
Çexiya ilə Azərbaycan arasındakı münasibətlər olduqca müsbət
dinamika ilə inkişaf edir.
Trend xəbər
verir ki, bunu Bakıda keçirilən qəbulda Çexiyanın Azərbaycandakı
səfiri Milan Sedlaçek bildirib.
O, Azərbaycanın beynəlxalq arenada qətiyyət və uzaqgörənliklə
fəaliyyət göstərməsinin yüksək qiymətləndirildiyini, bunun hörmətə
layiq olduğunu qeyd edib.
“Bu kontekstdə xüsusilə Bakıdakı COP29 təşkilatına və texniki
dəstəyə verilən yüksək qiyməti vurğulamaq istəyirəm. Bu platforma
çərçivəsində vacib görüşlər keçirilib ki, onların arasında
Azərbaycanın Prezidenti ilə Çexiya Respublikasının Baş nazirinin
görüşü xüsusi önəm daşıyır. Ardınca iqtisadiyyat naziri Praqaya
səfər edib və bir sıra digər mühüm tədbirlər baş tutub,” – deyə o
bildirib.
Səfir əlavə edib ki, bütün bunlar ölkələr arasında iqtisadi
əməkdaşlığın, mədəni mübadilənin, turizmin və tələbə proqramlarının
inkişafında öz əksini tapıb.