Amazon 2,5 milyard dollar təzminat ödəyəcək

Baş səhifə

Amazon şirkəti ABŞ Federal Ticarət Komissiyası ilə məhkəmə çəkişməsi çərçivəsində 2,5 milyard dollar ödəməyə razılaşıb.

Metbuat.az xəbər verir ki, iddialara görə, şirkət milyonlarla müştərini aldadıb. Məlumata görə, şirkət müştərilərin “Prime” üzvlüyünə yazılmaq üçün təşviq edib və ləğv prosesini çətinləşdirib. ABŞ Federal Ticarət Komissiyasının məlumatına görə, müqaviləyə əsasən Amazon 1 milyard dollar mülki cərimə ödəyəcək. 35 milyon müştəriyə ümumilikdə 1,5 milyard dollar geri qaytarılacaq. Bu, ABŞ Federal Ticarət Komissiyası tarixində qayda pozuntusuna görə ən böyük cərimədir və agentliyin indiyə qədər əldə etdiyi ikinci ən böyük geri qaytarma məbləğidir.

Qeyd edək ki, şirkət iddiaları rədd edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir