"Qarabağ" qələbə qazandı

Baş səhifə

Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

Modern.az xəbər verir ki, “Qarabağ” “Azersun Arena”da “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Abdullah Zubir və Musa Qurbanlı vurublar.

Hazırda Qurban Qurbanovun kollektivi 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qonaqlar 4 xalla onuncu yerdədir.

Günün ilk matçında “Zirə” “İmişli” ilə heç-heçə edib – 1:1.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir