Şəkidə batut gimnastikası üzrə ölkə birinciliyi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

26 sentyabr tarixində Şəki şəhərində batut gimnastikası üzrə
9-cu ölkə birinciliyi təşkil olunub. Yarış, qarşıdan gələn III MDB
Oyunları öncəsi sınaq xarakteri daşıyıb.

Trend xəbər verir ki,
birincilikdə “Ocaq Sport” Klubu və Bakı Gimnastika Məktəbinin
idmançıları kiçiklər (2016–2018), uşaqlar (2013–2015), yeniyetmələr
(2011–2012) və gənclər (2009–2010) yaş kateqoriyalarında fərdi və
sinxron proqramlarda bacarıqlarını nümayiş etdiriblər.




Böyüklər yaş kateqoriyasında isə milli komandanın üzvləri
nümunəvi çıxışlarla tamaşaçıların qarşısına çıxıblar.