Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil edilib

Baş səhifə

Bakı. Trend:

27 Sentyabr – Anım Günü ilə əlaqədar Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə
təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası
keçirilib.




Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiyada
ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad
İsmayılov, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Sadiq Sadıqov, həmçinin hər iki qurumun nümayəndələrinin və
ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim
şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir